MƏKTƏBİN TARİXİ

Azərbaycanın  qədim şəhərlərindən,  
elm, təhsil və   mədəniyyət mərkəzlərindən biri olan Şəkidə 
10 № li  məktəb 1898-ci  ildə  2-3 sinifli  rus- tatar məktəbi  kimi  fəaliyyətə başlamışdır.
Elə bu məktəbin bazasında 1920-ci ildə 
yeni tipli 10 №li məktəb yaradılmışdır.
Məktəbin ilk buraxılışı 1926-cı ildə olmuşdur.

       
Məktəbin  indiki əsas  tədris binası 
1937-ci ildə inşa olunmuş və ona orta məktəb statusu verilmişdir.Yeni bina istifadəyə verildikdən sonra 
Əsmayə Məmmədova (1937-1943)
   Luiza Əfəndiyeva     (1943-1944)


Seyfulla Hüseynov
(1944-1950)



Hüseyn Salehov
(1950-1951)



Qədir Əhmədov
(1951-1957)



Hüseyn Rəsulov
 (1957-1975)



Zəkiyyə Mehdiyeva
 (1975-1977)


                

Məmmədnuru Yusifov
   (1977-1982)   
     


 Niyazi Əsgərov
  (1982-2005)





Elxan Abdullayev
  (2005-2011)



Abid Yusifov
  (2011-2018)





Büllur Abdulsəlimli
 (2018)


10 №li məktəbin direktoru vəzifəsində çalışmışlar.


Əvvəllər rus yazıçısı
 Maksim Qorkinin
adını daşıyan məktəbimiz  
1991-ci ildən
 Azərbaycanın görkəmli maarifpərvər  ziyalısı,
 dramaturq, şair,
tərcüməçi və etnoqraf
Rəşid bəy Əfəndiyevin
                                adını daşıyır .


2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 
“Yeniləşən Azərbaycana yeni məktəb” 
proqramı çərçivəsində 240 şagird yerlik əlavə tədris binası tikilib istifadəyə verilmişdir.


2007-ci ildə isə məktəbin digər 2 tədris binası da dövlət vəsaiti hesabına əsaslı təmir olunmuş, istilik sistemi və zəruri avadanlıqlarla təchiz edilmişdir.


Məktəbin 1957-ci il məzunu, Azərbaycan Respublikası Baş Nazirinin müavini  Abid Şərifovun təşəbbüsü ilə      2013-cü ildə məktəb üçün daha bir yeni bina inşa edilmiş, burada hər cür  avadanlıqlarla təchiz edilmiş geniş və işıqlı  bufet-yeməkxana, akt zalı və idman zalı yaradılmışdır.





                  

















2 yorum:

  1. Dunyasini deyisen direkrorlara Allah rehmet elesin yasayanlara uzun omur can sagligi qismet elesin. Anami bu siyahida gormek ne gozeldi.

    YanıtlaSil