MƏKTƏBİN NAİLİYYƏTLƏRİ

                                                

Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam    orta məktəb  2011-2012-ci  tədris  ilində  keçirilmiş   “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuş və  Azərbaycan  Respublikası   Prezidentinin       20 iyun 2012-ci il tarixli sərəncamı ilə mükafatlandırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsində şagirdlərimiz hər il iştirak etmiş və bir neçə dəfə respublika turunun qalibləri olmuşlar. Onların yazdıqları inşalar “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabına  daxil  edilmişdir

2013- ildə “20 Yanvar” faciəsinin 23- ildönümü münasibətilə Şəki şəhər  Gənclər və İdman idarəsinin  “Qanlı yanvar hüzn yerimiz, şərəfimiz, qürurumuzdur” mövzusunda keçirdiyi inşa yazı müsabiqəsində X sinif şagirdimiz  Əsədov Fuad Qalib oğlu II yeri tutaraq, diplom və hədiyyələrlə mükafatlandırılmışdır

 Digər  X sinif şagirdi Məstiyeva Gülnar Tahir qızı isə ənənəvi fənn olimpiadalarının II şəhər turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerə çıxaraq respublika turuna vəsiqə qazanmışdır.

 Şagirdlərimizdən 11 nəfəri  müxtəlif illərdə Amerika Beynəlxalq Təhsil Şurasının ( ACCELS) FLEX proqramı çərçivəsində keçirdiyi müsabiqədə qalib gələrək 1 il müddətində ABŞ-da yaşamaq və təhsil almaq hüququ qazanmışlar. 


 
Soyadı, adı,atasının adı
İl

1.
Yusifov Vüsal Azər oğlu 
2002
 2.
Həsənli Rüstəm Namiq oğlu
2002
 3.
Həsənli Ülvi Namiq 
oğlu

2005
     4. 
Abbasov Anar İftixar oğlu
2005
 5.
Vahabzadə Kamran Rafiq oğlu
2007
 6.
Əhədzadə Asiman Yaşar qızı
2008
 7.
Rəsulzadə Ələfsər Anar oğlu
2011
    8. 
Abdullayeva Səadət Mahir qızı
2012
   9.

Mürşüdzadə Aytac İsmayıl qızı
2013
   10.
Əbdürrəhimov Cavid Nüsrət oğlu
2013
   11.
Rəhimli Aytək Umar qızı

2014











    10 nömrəli məktəb Respublikamızda Valideyn Müəllim Assosiasiyasının yaradıldığı ilk  pilot məktəblərdən biridir.
     Məktəbimizin bir qrup şagirdi Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA-CEELİ) və ABŞ-ın  Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Onlayn Canlı Hüquq” və “Canlı Hüquq-Yay Məktəbi” proqramlarında uğurla iştirak etmiş, müvafiq sertifikatlar almışlar. 
      Məktəbin müasir standartlara cavab verən maddi-texniki bazası əsasında şagirdlərin mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılmışdır. məktəbdə geniş və işıqlı fənn kabinetləri , sinif otaqları, labaratoriyalar, iki komputer otağı fəaliyyət ğöstərir. 
    
Məzunlarımızdan 2 nəfəri –Məmmədova Aytən Asim qızı və Musazadə Xəyyam Həsrət oğlu Prezident təqaüdünə layiq görülmüşdür.

2014-cü ildə məktəbin məzunlarından 56 nəfəri ali məktəblərə qəbul olmuşdur.
 Məstiyeva Gülnar Tahir qızı – məktəbi qızıl medalla bitirmiş, qəbul imtahanlarında 655 bal toplayaraq 
BDU-nun Hüquqşünaslıq fakültəsinə, 
Rəcəbli Nicat Fərael oğlu – qəbul imtahanlarında 647bal toplayaraq, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olmuşdur.

11-13 mart 2015-ci ildə Şəki şəhər Şahmat məktəbində keçirilən yarışlarda məktəbimizin qızlar komandası Şəki şəhər ümümtəhsil məktəbləri arasında II yerə layiq görülmüşdür.
Qızlar komandası: 
1.Osmanova Aida Şöhrət qızı
2.Həmidova Nərmin Murad qızı
3.Əhmədzadə Fəridə Qaffar qızı
02-04 aprel 2015-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin 92-ci ildönümünə həsr edilən, şahmat fənni tədris edilən ümumtəhsil məktəbləri arasında keçirilən şahmat yarışlarında məktəbimizin oğlanlar  komandası  I yerə layiq görülmüşdür.
Oğlanlar komandası:
1.Osmanlı Maqsud Elxan oğlu
2.İbrahimxəlilli Əli Coşqun oğlu
3. Babayev Ənvər Tural oğlu
4.Mehdiyev Ruslan Sadiq oğlu
 Babayev Ənvər Tural oğlu öz taxtasında I yerə ,
Mehdiyev Ruslan Sadiq oğlu 33 şahmatçı arasında II yerə
Osmanov Maqsud Elxan oğlu  III yerə,
Həmidova Nərmin Murad qızı 20 şahmatçı arasında II yerə layiq görülmüşlər və onlar 13-18 aprel tarixlərində Bakıda keçirilən Respublika Şahmat festivalında iştirak etməyə vəsiqə qazanmışlar.


19.04.2015-ci ildə məktəbimizin IX b sinif şagirdləri - İsmayılova Fəridə Saleh qızı və Eminova Səfurə Yaqub qızı, məktəblərarası fənn olimpiadasında , biologiya fənni üzrə zona turunda I yeri tutaraq, respublika olimpiadasına vəsiqə qazanmış və Şəki şəhər Təhsil şöbəsi tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar.

2016-2017 -ci tədris ili.


2016-2017-ci tədris ilində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən 
"Ən yaxşı təqdimat" müsabiqəsində 
 İbrahimli Fatimə Yaşar qızı 
-IX s sinif şagirdi,Təhsil Naziri cənab  M.Cabbarov tərəfindən  tərifnamə ilə təltif olunmuşdur.
2016-2017-ci  tədris ilində Vergilər Nazirliyinin təşkil etdiyi , 
1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Vergilər uşaqların gözü ilə" rəsm və inşa müsabiqəsində 
Yusifova Aytac Sadiq qızı -VIII a sinif şagirdi
inşa müsabiqəsi üzrə  I Yer
Mikayılova İlahə Rəhman qızı - VII b sinif şagirdi
rəsm müsabiqəsi üzrə III yerə layiq görülmüşdür.
Osmanlı Maqsud Elxan oğlu -VI a sinif şagirdi, 
2016-2017 -ci tədris ilində Şəki şəhər ümümtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında riyaziyyat fənni üzrə olimpiadada I yerə layiq görülmüşdür.

 Xəlilov Altun Vüqar oğlu - məktəbimizin VII a sinif şagirdi
  2016-2017-ci tədris ilində,  biologiya fənnindən bilik yarışmasında zona üzrə I yeri tutaraq Respublika turuna vəsiqə qazanmışdır.

SADIQLI ƏLƏKBƏR ŞAHİN OĞLU -"ƏLAÇI "TELEVİZİYA VERİLİŞİNİN QALİBİ OLMUŞDUR.

 3 b sinif şagirdi Salahova Selcanxatun Sərxan qızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən şəhər tədbirində çıxış etmiş və mükafatlandırılmışdır. III -IV siniflər arasında keçirilən şer müsabiqəsində I yeri tutaraq fəxri fərman qazanmışdır.

2018-2019 cu tədris ili

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Şəki,Qax,Zaqatala, Balakən rayonlarının ali və orta məktəblərinin tələbələri və yuxarı sinif şagirdləri arasında keçirilən, 12 noyabr- Konstitusiya Gününə həsr olunmuş "Hüquqi"dövlətin əsasları mövzusunda Hüquq olimpiadasında R.Əfəndiyev adına Şəki şəhər 10 nömrəli tam orta məktəbi  şəhər məktəbləri arasında I yerə çıxmışdır.
X sinif şagirdlərimizdən Əlibalayeva Nigar I yerə,Mustafayeva Dilan II yerə ,Əhmədli Aytac isə həvəsləndirici mükafata layiq görülərək diplomla təltif olunmuşdurlar.


MƏKTƏBİMİZ 2018/2019 -CU DƏRS İLİNDƏ MƏKTƏBLƏR ARASINDA KEÇİRİLƏN RESPUBLİKA ÇEMPİONATININ RAYON MƏRHƏLƏSİNDƏ ŞAHMAT İDMAN NÖVÜ ÜZRƏ I YERİ TUTARAQ DİPLOMLA TƏLTİF EDİLMİŞDİR
Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin X a sinif şagirdi Yusifova Aytac Sadiq qızı  Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə umumtəhsil  məktəbliləri arasında keçirilən "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"inşa yazı müsabiqəsində II yerə layiq görülmüşdür..
Şagirdlərimiz  həm təhsil sahəsində həm də müxtəlif  idman yarışlarında , rəqs sahəsində də iştirak edərək uğurlar qazanmışlar. Onlardan Mabudov Asiman İlham oğlu rəqs müsabiqəsində iştirak edərək I yerə layiq görülmüşdür.
Rəsullu Şamxal Həmrəylik Günü və Yeni il münasibətilə 13 yaşlı şagirdlər arasında keçirilən şahmat yarışlarında I yerə layiq görülmüşdü.
Abbaszadə Nərgiz IX sinif şagirdi 9 Noyabr- Dövlət Bayrağı Günü  münasibətilə Şəki şəhərinin ümumtəhsil məktəblərinin araında kecirilən " Azərbaycan Respublikasının dövlət rəmzləri müstəqilliyimizin təcəssümüdür " mövzusunda inşa yazı müsabiqəsində I yerə layiq görülmüşdür. 
Respublika səviyyəli müsabiqə və olimpiadalarda fəal iştirakına  görə IX sinif şagirdi  Abbaszadə Nərgiz  və X sinif şagirdi Əlibalayeva Nigar Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikat və hədiyyələrlə təltif edilmişlər.


Rzayev Kənan Azər oğlu Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş viktorinada qalib gəldiyinə görə və 20 Yanvar Şəhidlərinin 29 cu il dönümünə həsr olunmuş qrup daxili Şahmat yarışında II yeri tutduğuna görə diplomla təltif olunmuşdur.

" İntellektual Region " oyunlarında fəal iştirak etdiyinə görə məktəbin müəllimləri  Əhmədova Ülkər , Cəbrayılova Könül ,  Salmanova Ayimə  və X sinif şagirdlərimiz Məmmədli Rəvan Məmməd oğlu və Paşayev Rəşad Vasif oğlu sertifikatlar və III dərəcəli medalla təltif olunmuşlar.














2 yorum:

  1. 10 nomreli mekteb hemise Shekinin biringi mektebi olutdu insallah hemisede bele olar. Ozumun bu mektebde oxuduguna, evveller anamin ve atamn bu mektebde islediklerine ve hal hazirda bacimin
    ( Yecane muellimenin) bu mektebde ders ddiyine gore fexr eliyirem.

    YanıtlaSil
  2. Men size tesekkur eliyirem mektebimiz haqqinda bele ozel bloq hazirladiginiz ucun, cox sag olun. Bu sehifelerde menim ucun heyatimda en eziz olan iki insani, anami ve bacimi gormek heqiqeten cox gozeldi. Bu gozel hissi verdiyinize gore size tesekkurler.

    YanıtlaSil